Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Əliyev Müşfiq Həmid oğlu - Sədrin müavini

img
Telefon: 545-12-06
E-poçt: mushviq.aliyev@nstat.gov.az
Qəbul günləri: Həftənin  II günü saat 16 00 - 18 00 və başqa vaxtlarda

1974-cü il iyul ayının 31-də  Ordubad rayonunun Disər (hazırkı Başkənd) kəndində anadan olmuşdur. 1997-ci ildə Türkiyə Respublikasında Uludağ Universitetini bitirmişdir. 

2002-2009-cu illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində aparıcı məsləhətçi, baş məsləhətçi, şöbə müdiri vəzifələrində işləmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 25 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Birinci dərəcəli dövlət qulluqçusudur. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul  tarixli 371 nömrəli Sərəncamı ilə  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. 

Evlidir, iki övladı var.